Ağsuda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslər həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslər həbs edilib

Qafar Ağayev10:52 - Bu gün
Ağsuda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslər həbs edilib

Ağsu rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Ağsu rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, martın 23-də rayon ərazisində yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, martın 22-də rayon sakinləri – 1977-ci il təvəllüdlü Əyyub Sahabov və Seymur Məmmədov qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra meyiti Muradlı kəndi ərazisində yerləşən otlaq sahəyə aparıblar.

Faktla bağlı Ağsu rayon prokurorluğunda cinayət işi başlanıb. Əyyub Sahabov və Seymur Məmmədov Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər