Şamaxıda keçmiş məhkum ögey anasını qətlə yetirərək su quyusuna atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda keçmiş məhkum ögey anasını qətlə yetirərək su quyusuna atıb

11:42 - 14 / 11 / 2017
Şamaxıda keçmiş məhkum ögey anasını qətlə yetirərək su quyusuna atıb

Şamaxı rayonunda qətl hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb.

Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb.

Araşdırma zamanı hadisəni bir neçə il əvvəl vəfat etmiş ev sahibi Hacı Bağırovun birinci arvadından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırovun törətdiyi müəyyənləşib.

Bildirilir ki, Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Məlumata görə, Hacı Bağırovun hər iki arvadı və övladları eyni həyətdə yaşayıb.

Badam Bağırovanın övladı dünən məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polisə məlumat verib. Ötən gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R. Bağırov daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxıb.

1news.az

Paylaş:
854

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər