Azərbaycanda orta aylıq əməkhaqqı artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

1news Redaksiyası13:13 - Bu gün
Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-oktyabr ayları üzrə əhalinin gəlirləri və inflyasiya göstəricilərini açıqlayıb.

1news.az xəbər verir ki, hesabat dövründə əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz çoxdur.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 172,7 manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artıb.

İstehlak qiymətləri indeksinin artımı, yəni inflyasiya isə 2026-cı ilin yanvar-oktyabr aylarında 5,6 faiz təşkil edib.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər