Bakıda meymun qəfəsində kombi quraşdırıldı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda meymun qəfəsində kombi quraşdırıldı – VİDEO

15:22 - 15 / 11 / 2017
Bakıda meymun qəfəsində kombi quraşdırıldı – VİDEO

Hər il olduğu kimi, yayda qış üçün, qışda isə yay üçün hazırlıq görən Bakı Zooparkı soyuq qış günlərinə artıq hazırdır.

1news.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, heyvanların həyat tərzinə uyğun xüsusi şərait yaradılıb.

Zooparkın direktoru Azər Hüseynov deyir ki, soyuğa davamlı heyvanlar zooparkda öz həyatlarına olduğu kimi davam edir, isti sevən heyvanların qəfəslərinə isə istilik sistemi quraşdırılıb:

“İstilik sistemi yoxlanılıb, artıq kombi sistemlərini yandırmışıq. Bu, meymunların saxlanma yerinə aiddir. Timsahda isti döşəmədir. Tutuquşular, yaquar və kenquru olan yerlərdə istilik olmadığına görə işıq sistemi ilə yağ radiatoru qoymuşuq”.

Qışa əsas hazırlıqlardan biri də yem tədarüküdür. Mövsümlə əlaqədar zoopark sakinlərinin qidalarında da dəyişiklik edilib: “Yonca otu tədarük etmişik, arpa, buğda, qarğıdalı, qarışıq yem, kəpək də var. Yırtıcı heyvanların qidasında yayda 6-7 kiloqram ət veririksə, qışda 2 kiloqram artırılır” .

Qışa tədarüklə yanaşı, zooparka yeni heyvanlar da gətirilib. Heyvanat parkının direktoru deyir ki, həmin heyvanlar artıq zooparkın şəraitinə uyğunlaşıb. Havalar soyusa da, zoopark sakinlərini ziyarətə gələnlərin sayı azalmır. Bura balacaların sevimli məkanı olsa da, böyüklər də gəlir:

“Mənim nəvəm bloqerdir, zooparka buradan video çəkmək üçün gəlib, “Youtube”a yerləşdirərək Bakı zooparkının necə olduğunu dünyaya göstərmək istəyir. Havalar soyumağa başlasa da, hələlik parkda qış yuxusuna gedən heyvan yoxdur”.

Qeyd edək ki, hazırda Bakı Zooloji Parkında 150 növ və 1200 başdan çox heyvan və quş saxlanılır.

1news.az

Paylaş:
770

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər