Bakının iki qəsəbəsinə içməli suyun verilməsi məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının iki qəsəbəsinə içməli suyun verilməsi məhdudlaşdırılır

10:17 - 15 / 11 / 2017
Bakının iki qəsəbəsinə içməli suyun verilməsi məhdudlaşdırılır

Bu gün Bakının iki qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi  ilə əlaqədar gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
766

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər