Cəbhəyanı poliqonlarda döyüş atışları yerinə yetirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbhəyanı poliqonlarda döyüş atışları yerinə yetirilib – FOTO

18:04 - 20 / 11 / 2017
Cəbhəyanı poliqonlarda döyüş atışları yerinə yetirilib – FOTO

Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.

1news.az

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər