Teleaparıcı Fira Cəlilova bağ evində cinayətkarı gizlətməsi ilə bağlı məlumatı təkzib edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Teleaparıcı Fira Cəlilova bağ evində cinayətkarı gizlətməsi ilə bağlı məlumatı təkzib edib - VİDEO

1news Redaksiyası12:19 - Bu gün
Teleaparıcı Fira Cəlilova bağ evində cinayətkarı gizlətməsi ilə bağlı məlumatı təkzib edib - VİDEO

Teleaparıcı Fira Cəlilova Novxanı qəsəbəsində yerləşən bağ evində cinayətkarı gizlətməsi ilə bağlı iddialara münasibət bildirib.

1news.az xəbər verir ki, teleaparıcı Instagram səhifəsində yayımladığı video müraciətində bağ evinin ərazisində yarımçıq tikilinin olmadığını deyib:

“Bir daha xüsusi olaraq vurğulayıram: mənim həyatımda, evimdə heç vaxt cinayətkar olmayıb. Mənə qarşı irəli sürülən iddialar həqiqətə uyğun deyil.

Söhbət mənim evimdən deyil, bir-birinin qarşısında yerləşən torpaq sahələrindən gedir. Evlər səhv salınıb.

Baş verənlər nəticəsində anam və övladım güclü stress keçirib. Mən heç kimlə düşmənçilik etmirəm, sadəcə istəyirəm ki, baş verənlər obyektiv araşdırılsın, həqiqət üzə çıxarılsın və ictimaiyyətə düzgün məlumat verilsin”.

Teleaparıcının video müraciətini təqdim edirik:

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər