Vətənpərvərlik və ədəbiyyat: 994FM layihəsinə hücumlar əsaslandırılmış hesab edilə bilməz – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətənpərvərlik və ədəbiyyat: 994FM layihəsinə hücumlar əsaslandırılmış hesab edilə bilməz – VİDEO

12:30 - 04 / 12 / 2017
Vətənpərvərlik və ədəbiyyat: 994FM layihəsinə hücumlar əsaslandırılmış hesab edilə bilməz – VİDEO

Son bir neçə gündə poeziya Facebook sosial şəbəkəsinin azərbaycandilli istifadəçiləri üçün geniş mübahisə mənbəyinə çevrilib.

Həqiqət burasındadır ki, mübahisələrə səbəb səsləndirilən şeirlərdən yaranan təəssüratlar deyil. Məhz bu səbəbdən də bir sıra vətəndaşın hücumuna məruz qalmış xanımı dəstəkləmək üçün bu sətirləri yazmaq qərarına gəldim.

Belə ki, Lalə Ələkbərova yaxın zamanlarda çox faydalı layihəyə – 994FM-ə start verib.  

İdeya olduqça maraqlıdır – sadə, savadlı insanlar sevdiyi şeirləri səsləndirirlər.

Onlar sadəcə şeirləri oxuyaraq tamaşaçılara öz əhval-ruhiyyələrini, emosiyalarını bəxş edirlər.

Layihə sadəcə təbiiliyi ilə deyil, eləcə də təyinatı ilə də ürəkoxşayandır – ədəbiyyat hər kəsin asanlıqla anladığı aydın dildə geniş kütləyə çatdırılır.

Göründüyü kimi, qızcığaca sadəcə uğurlar diləmək və dəstəkləmək lazım idi.

Lakin bu layihə bir çoxlarının ürəyincə olmadı.

Kimilərinin şeirlərin rus dilində oxunması (lakin Azərbaycan dilində də çox şeir oxunub), kimilərinin isə işıqlandırma və arxa fon xoşuna gəlmədi.

Burada nə söyləmək olar – hər kəsin öz fikri var, necə deyərlər: rənglər və zövqlər mübahisə olunmur. Və heç kəs bundan da yüksək səviyyədə hansısa layihənin hazırlanmasına da mane olmur.

Lakin indiyədək bundan maraqlı heç nə hazırlanmayıb.

Müəllif: Ramiz Rövşən

Səsləndirir: Firdovsi Atakişiyev

“Örtüldüm qapı kimi”

Bu layihəyə başqa – “ermənipərəst” çaları vermək cəhdi də oldu. Buna səbəb isə, qonaqlardan birinin Eduard Əsədovun şeirlərini səsləndirməsi oldu. Burada “ermənipərəstlik” ittihamı irəli sürülərək düşmənin təbliğ olunmasının dayandırıması tələb olunub.

Bununla bağlı bir neçə məqamları diqqətinizə çatdırmaq istərdim.

Müəllif: Robert Rojdestvensiy

Səsləndirir: Fatimə Mənsurova

“Əgər sən Bakını görməmisənsə”

994FM layihəsində erməni əsilli müəllifin sevgiyə həsr etdiyi əsərinin səsləndirilməsinə görə “düşmənin təbliğatçısı” adlandırmaq tamamilə yolverilməzdir.

Əgər söhbət Zori Balayan kimi şovinistin əsərlərinin səsləndirilməsindən getsəydi, şəxsən məndə bu məsələ ilə bağlı heç bir şübhə yaranmazdı – çünki bu cür insanın əsərlərini heç bir şəraitdə oxumaq olmaz. Belə ki, o, nəinki Qarabağ separatçılarını dəstəkləyib, hətta bu hadisələrdə birbaşa iştirak edib (yeri gəlmişkən, Əsədovun bioqrafiyasına nəzər yetirdikdə bu cür hadisələrdə iştirak etməyib).

Buna görə də, “soyadının sonluğu -yan şəkilçisi ilə bitən insanın toxunduğu hər şeyi” lənətlənəmək düzgün deyil.  

Müəllif: Nizami Gəncəvi

Səsləndirir: Nadir Qafarov

“Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağ erməniləri – bizim vətəndaşlarımızıdır, işğal olunmuş ərazilər isə mütləq bizim yurisdiksiyamıza qaytarılacaq. Bundan əlavə, ölkəmizdə minlərlə erməni yaşayır ki, onların hüquq və azadlıqları Azərbaycan Konstitusiyası tərəfindən qorunur.

Yaxşı, bu ermənilərə bizim – bu milliyətlə bağlı hər şeyə, hər kəsə nifrət bəsləyən insanlar olduğumuz işarəsini verməyə çalışırsınız? Məncə bu, ağılsızlığın son həddidir.

Yeri gəlmişkən, açıq mənbələrə inansaq, Eduard Əsədovun atası əslən Dağlıq Qarabağdandır, 1921-ci ildə Qızıl Ordunun tərkibində daşnaklara qarşı döyüşüb.

Bu faktın heç bir əhəmiyyəti yoxdur. Lakin L.Ələkbərovanın layihəsini tənqid atəşinə tutan bir sıra insanların E.Əsədovun “1921-ci ildə daşnakların tərkibində döyüşməsi” faktını irəli sürmələrinə görə xatırlatmaq istərdim. (həqiqətdə isə, yuxarıda qeyd etdiyim kimi daşnaklara qarşı Eduard deyil, atası döyüşüb. O, 1923-cü ildə doğulub).

Məncə, mübahisə edənlər bu cür vəziyyətdə söhbət ən müqəddəs məsələdən – Qarabağ və onun işğalıdan gedəndə bir az sakitləşsələr yaxşı olar.

İnternet – elə məkandır ki, burada əhəmiyyətli insanlar tərəfindən səslənən hər bir söz bəyanat kimi səslənir və müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Kiminsə özünü vətənpərvər göstərməsi (səmimi olsa da) şovinizm təcəssümü kimi görünə bilər və gələcəkdə bu, bizə qarşı istifadə oluna bilər.  

Vəziyyəti gərginləşdirmək və xeyir iş görən qıza etinasızlıq göstərmək lazım deyil. Ələxsus da bunun üçün heç bir səbəb olmadığı halda. Nəticə etibarilə Əsədovun lirik şeirini “düşmən təbliğatı” adlandırmaq absurddur.

Müəllif: Dmitri Bıkov

Səsləndirir: Əlixan Rəcəbov

“Əslində yalnız səndən xoşlanmışam”

Son söz kimi qeyd etmək istəyirəm ki, mən özüm-özümə təəccüblənmişəm.

Bir neçə il öncə britaniyalı müəllif Qrem Uilsonun rəhbərliyilə Azərbaycan Prezidenti İlham Əliyevin bioqrafiyası haqqında kitabı hazırlaykən ona köməklik edirdim. O, məni Ermənistan və ermənilərlə bağlı sətirlərin yazılışı prosesində zarafatcasına şovinist adlandırdı.

Digər təəəcüblü məqam isə hazırki məsələdə özümü “şahin” deyil, həmvətənlərimizi təmkinliliyə səsləndirən insan rolunda görməkdir.

Gəlin bir-birimizə qarşı mehriban və obyektiv olaq.

Rəhman Hacıyev

1news.az-ın baş redaktoru

Tərcümə: S.Xankişiyeva

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər