Qoşunların təmas xəttində monitorinq keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Qoşunların təmas xəttində monitorinq keçiriləcək

09:55 - 05 / 12 / 2017
Qoşunların təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 6-da Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a  verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika keçirəcəklər.

1news.az  

 

 

 

Paylaş:
492

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər