Parisdə ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlıların azad edilməsinə dair petisiyaya başlanılıb – FOTO
Fransada fəaliyyət göstərən “Ulduz” assosiasiyasının üzvləri Change.org səhifəsində “Erməni silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycanın mülki şəxslərinin azad edilməsi” adlı petisiyaya başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, petisiya Fransa prezidenti Emmanuel Macron, Avropa Şurasının baş katibi Turbyorn Yaqland, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Guido Raimondi və Fransa Milli Məclisinin sədri Fransua de Rugiyə ünvanlanıb.
“Azərbaycan vətəndaşları - Şahbaz Quliyev (46) və Dilqəm Əsgərov (54) 3 ildən artıqdır ki, Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin tərəfindən girov götürülüb.
Onlar 2014-cü ilin iyulun 12-də doğma yurdlarını ziyarət etmək üçün Kəlbəcərdə həbs olunublar. Onlar 1,2 digər azərbaycanlı dinc sakinlər kimi doğma yurdlarından məcburi olaraq çıxarılıblar. Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbaycanın beynəlxalq dərəcədə tanınmış sərhədlərində (BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 qətnaməsinə əsasən) əsir götürülüb.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərini əhəmiyyət verməyən Ermənistan işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Bəzi sübutlara əsasən azərbaycanlı əsirlər ermənilər tərəfindən fiziki və mənəvəi səhətdən işgəncələrə məruz qalıb.
Biz, Fransada fəaliyyət göstərən “Ulduz” assosiasiyasının üzvləri erməni silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycanın mülki şəxslərinin azad edilməsi üçün bu petisiyanın imzalanmasına hər kəsdən xahiş edirik.
Şahbaz Quliyev və Dilqəm Əsgərov sadəcə əsir deyillər, onların girov saxlanılması Ermənistanın beynəlxalq öhdəliklərini şəkildə pozulmasını göstərir.
Ərizə imzalamaq üçün aşağıdakı linki imzalayın:
S.Xankişiyeva
Mövzu ilə əlaqədar oxuyun:
Kəlbəcər girovu Şuşadan video göndərdi
BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
Dilqəm Əsgərovun oğlu: Atamın qayıdışına lap az qalıb