Fatih Terim 4-cü dəfə “Qalatasaray”da
İqor Tudoru baş məşqçi postundan qovduqdan sonra vakant yerə namizəd axtaran “Qalatasaray” yenidən Fatih Terimlə anlaşıb.
1news.az-ın Fanatik-ə istinadən verdiyi xəbərə görə, bu barədə “İmperator” ləqəbli baş məşqçinin özü rəsmi “Tvitter” səhifəsində “Harda qalmışdıq, “Qalatasaray”? yazmaqla bəyan edib. Qısa müddət ərzində onun bu mesajını 150 mindən çox insan bəyənib.
Fatih Terimin bu həftə “Göztəpə” ilə oynanılacaq Super Liqa matçında komandanın başında olması gözlənilir.
Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdı. Daha əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.
1news.az
989