"Kəpəz"in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib

"Kəpəz"in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib.
1news.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Onun yubileyi Misli Premyer Liqasının XII turunun "Qarabağ"la ev matçına təsadüf edib. 29 yaşlı müdafiəçi 100 matçda bir qola imza atıb.
Debütü 2015/2016 mövsümünə təsadüf edən futbolçu iki klubda çıxış edib. Gəncə klubunda 86 oyunda 1 qola sevinən müdafiəçi "Şamaxı"da 14 dəfə meydana çıxıb.
Qeyd edək ki, Səmədov turnirin tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur.
40









