Bakıda hansı restoranlarda siqaret və qəlyan çəkmək mümkün olacaq – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hansı restoranlarda siqaret və qəlyan çəkmək mümkün olacaq – TƏFƏRRÜAT

15:30 - 12 / 01 / 2018
Bakıda hansı restoranlarda siqaret və qəlyan çəkmək mümkün olacaq – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, dekabrın 29-da ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə mindi.

Qanunu pozanları 30 manatdan 1000 manata qədər cərimə gözləyir.

Azərbaycanda 3 milyona yaxın siqaret çəkən insanın olduğunu nəzərə alsaq, ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi son illər ən çox müzakirə edilən mövzulardan biri idi.

Bu qadağa artıq ABŞ, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Böyük Britaniya, Almaniya, Fransa, Belçika, Xorvatiya, Yunanıstan, BƏƏ, Türkiyə, Suriya, Misir və digər ölkələrdə fəaliyyət göstərir.

Xroniki bir xəstəlik olaraq tanınan və “Xəstəliklərin, zədələrin və ölümlərin nəticələrinin beynəlxalq statistik təsnifatı”na daxil edilən siqaretçəkmə uzun müddət Azərbaycanda siqaretə qarşı çıxan fəalların hədəfində olsa da, qanun səviyyəsində siqaretdən istifadənin məhdudlaşdırılması mümkün olmurdu.

1news.az informasiya agentliyi bir neçə ilə qabaq hətta “Siqaretə yox deyin” şüarı altında kampaniyaya başlamışdı. Həmin kampaniya çərçivəsində ictimai xadimlər, tanınmış idmançılar, estrada nümayəndələri və hətta bəzi qanunverici şəxslər ictimai yerlərdə siqaretdən istifadənin qanunla məhdudlaşdırılması ilə bağlı çağırışlar edirdilər. Ancaq bu cür müraciətlər hər kəs tərəfindən başa düşülməmişdi.

Misal üçün, 2009-cu ilin oktyabr ayında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bəyan etmişdi ki, Azərbaycan reallığında bu cür qanunun qəbulu olduqca çətin və problemli bir işdir. Bununla əlaqədar başçılıq etdiyi komitə hətta bu məsələni Milli Məclisin payız sessiyasının müzakirəsinə verməmək barədə qərar da verdi.

“Hətta parlamentdə bu qadağanı nəzərdə tutan qanun layihəsini qəbul etsək belə, onu həyata ekçirmək mümkün olmayacaq”- deyə, Hadı Rəcəbli bildirmişdi. Onun fikrincə, ictimai müzakirələr Azərbaycanda ictimai yerlərdə siqaretin çəkilməsinin qarşısının alınmasında daha yaxşı nəticə verə bilər.

Lakin zaman keçdikcə siqaret çəkməyə qanunla qadağa qoyulması tərəfdarlarının mövqeyinin doğruluğu aydın oldu və biz indi onun ölkəmizdə tətbiqinin şahidi oluruq.

Bununla belə, ictimai yerlərdə tütün məmulatlarına qadağa qoyulması ilə bağlı bir sıra suallar da meydana gəldi.

Xüsusilə, insanlar yeni qanunvericilikdə müəyyən terminlərin şərhi, əsasən də restoran kimi qapalı ictimai məkanlarda siqaretdən istifadəni məhdudlaşdıran yeni qanunu vəziyyəti maraqlandırır.

Qanunun elan edilməsindən sonra 1news.az informasiya agentliyinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olmağa başladı. Onlar əsasən “qapalı məkan” anlayışının ətraflı izah olunmasını istəyirdilər.

“Türkiyədə, 4 divarından 3-ü şüşə konstruksiya (cambalkon) olan qapalı məkanlarda siqaret çəkilməsinə icazə verilir. Başqa sözlə, artırma eyvanın hüdudları daxilində siqaret çəkmək mümkündür. Burada siqaretlə yanaşı qəlyan çəkilməsinə də icazə verilir. Yaxşı havalarda artırma eyvan asanlıqla açıq məkana çevrilir, qışda isə orada soyuqdan donmayacaqsınız.

4 divarından 3-ü daşdan olan məkan isə tam başqa məsələdir. Orada heç kim sizə siqaret çəkməyə icazə verməz. Bəz bizdə vəziyyət necədir? Artırma eyvanlarda siqaret çəkmək olarmı? Əgər buna qadağa qoyulsa bir çox restoranlar, xüsusən də qəlyan verilən restoranlar sadəcə müştərisiz qalacaqlar. Burada qəlyana hədsiz istəyi olan ərəbləri xüsusi qeyd etmə lazımdır” deyə, oxucumuz Ramin Qurbanzadə öz məktubunda yazıb.

1news.az məsələni aydınlaşdırmaq üçün millət vəkili Musa Quliyevə müraciət etdi. Onun sözlərinə görə, bizdə açıq məkan dedikdə dam örtüyü olmayan və ən azı iki divarı olan məkan başa düşülür.

“Əks halda həmin yer qapalı məkan hesab olunur”- deyə, o, bildirib.

Musa Quliyevin sözlərinə görə, “qapalı məkan” anlayışı ilə bağlı qanuna izahat əlavə olunmalıdır:

“Müzakirələr zamanı “qapalı məkan” anlayışı ilə bağlı qanun layihəsinə izahatın əlavə olunmasını təklif etsəm də, əlavə olunmadı. Ola bilsin izahat sonra əlavə edilsin. Qanunun tətbiq olunması zamanı oxşar suallar yaranır, onlar vaxt keçdikcə bir yerə yığılır və aydınlaşdırılır”.

Millət vəkili bildirib ki, təhsil və tərbiyə müəssisələri, səhiyyə, reabilitasiya, kurort və sanatoriya müəssisələri, uşaq oyun meydançaları istisna olmaqla açıq havada tütün məmulatlarının (siqaret), eləcə də qəlyan və elektron siqaretlərin istifadəsi qadağan edilmir:

“Misal üçün, turist otelin foyesinin qarşısında açıq havada siqaret və qəlyan çəkə bilər. Eləcə də açıq havada yerləşən restoran və kafelərdə də tütün məmulatlarından istifadə etmək olar”.

Eyni zamanda, millət vəkili bildirib ki, qanunvericiliyə görə, restoranlarda, barlarda, kafelərdə, ticarət obyektləri və digər məkanlarda siqaret çəkilməsinə yalnız ventilyasiya sistemi ilə təchiz edilmiş xüsusi yerlər olduğu hallarda yol verilir.

Müvafiq istisnalar qanunun özündə də yer alıb (tam mətnlə bu linkdə tanış ola bilərsiniz):

Bənd 10.3.

Ventilyasiya sistemi ilə təchiz edilmiş və yaxud açıq havada yerləşən aşağıdakı məkanlarda tütün məmulatların istifadəsi üçün xüsusi yerlər təşkil edilə bilər:

- 1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

- 1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

- 1.5. ticarət obyektlərində;

- 1.8. otel və hostellərdə

- 1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində...

Bununla belə, qanunda xüsusi olaraq siqaret çəkmək üçün ayrılmış xüsusi yerlərin sahəsi və orada quraşdırılmalı olan ventilyasiya sistemlərinə dair tələblər müəyyənləşdirilməyib.

Bundan başqa, qanun bu zonaların binanın qalan hissəsindən təcrid olunması üçün şərtləri də göstərmir.

Əgər ictimai iaşə yerlərindən danışsaq, millət vəkili M.Qasımlının sözlərinə görə, hələ də ventilyasiya sistemi olan xüsusi təyinatlı otaqlarda siqaret çəkməyə icazə verilir.

Yalnız havalandırma sisteminin necə olacağını və siqaret çəkilən otağın başqa otaqlardan nə dərəcədə təcrid olunacağını aydınlaşdırmaq qalır. Əks halda, yenə tütün dumanında nəfəs almalı olacağıq.

Ümumiyyətlə, qanunda anlayışların və şərtlərin dəqiqləşdirilməsinə ehtiyac var. İlk öncə isə “qapalı” və “açıq” yerlərin, eləcə də məkanın daxilində siqaret çəkilməsi üçün nəzərdə tutulan xüsusi  yerlərlə bağlı tələblərin müəyyən edilməsindən başlamaq lazımdır.

Arayış:

Xatırladaq ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna görə, aşağıdakı yerlərdə tütün məmulatlarının (siqaret), qəlyanın və elektron siqaretlərin çəkilməsi qadağan edilir:

-  təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

- səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

- ticarət obyektlərində;

- məişət obyektlərində;

- sosial xidmət müəssisələrində;

- yerləşdirmə vasitələrində;

- teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

- uşaq meydançalarında;

- yerüstü qapalı və yeraltı piyada keçidlərində;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

- metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

- hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

-  hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

- taksafonlarda;

- yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, qadağan olunmuş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə edilir.

Müəssisə, idarə və təşkilatlarda siqaret çəkmə üçün xüsusi yerlərin ayrılmadığı və görünən yerlərdə üzərində “Siqaret çəkmək qadağandır” yazısı olan lövhə olmadığı halda vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1,000 manat cərimə olunacaqlar.

Elşən Rüstəmov

Paylaş:
4541

Son xəbərlər

Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02
Bütün xəbərlər