Mübariz Əhmədoğlu: Şoyqu Rusiya üçün yeni geosiyasi resurs yaradır
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Myanma və Laosa səfər etdi. 2017-ci ilin dekabr ayında RF-in Myanma hadisələriniə mövqeyini 180 dərəcə dəyişdi.
1news.az xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun yanvar ayı üçün açıqladığı siyasi icmalda deyilir.
O vurğulayıb ki, Rusiyanın BMT-dəki nümayəndəsi V.Nebenzya Myanmada müsəlmanların “soyqırımı” mövzusunda spekulyasiya etməməyə çağırdı: "Rusiya XİN Rohinca döyüşçülərinin Myanmadakı fəaliyyətindən narahatlığını bildirdi. İndi vəziyyəti başa düşmək üçün əlavə arqument ortalıqdadır; Bu, müdafiə naziri Şoyqunun həmin regiona marağının olmasıdır. Şoyqu Myanma, Laos və Vyetnama səfər etdi. O, Myanmada bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı, böyük general Min Aunq Xlayn ilə hərbi gəmilərin limanlara sadələşdirilmiş daxil olması barədə prinsipial mövqeni razılaşdırdı və sənədi hər iki nazirin müavinləri imzaladılar. Rusiya Myanmaya 6 ədəd Suusiya maya 6 ədəd Su-30 qırıcısı satmaq barədə müqavilə imzaladı. Myanmanın RF mənşəli digər dəniz və quru hərbi texnikasına da marağı var. Rusiya Myanmaya pilotsuz uçuş aparatları verməyi və onları idarə etməyi öyrədəcəyini vəd etdi. ABŞ bu silah alverini pislədi. RF XİN ABŞ Dövlət Departamentinin mövqeyini fantaziya ilə zəngin mövqe adlandırdı.
Laosda S.Şoyqu müdafiə naziri Tiyansamon Tiyanyalatu ilə hərbi sahədə ikitərəfli əməkdaşlığı müzakirə etdi. Analoji missiya ilə S.Şoyqu Vyetnamda da oldu.
Diqqət çəkən və ya Rusiyanın mövqeyini izah edən məsələ Şoyqunun mənəvi-dini bağlarla adıçəkilən region dövlətlərinin xalqları ilə əlaqəli olmasıdır. Beləliklə, Şoyqu eyni mənəviyyat daşıyıcılarına təkcə hərbi deyil, hərtərəfli dəstəyinin bünövrəsini qoyur. Nəticədə, bu region dövlətlərini (Çin, Hindistan və Yaponiyanı çıxmaq şərti ilə) demək olar ki, hamiliyə götürür. Bu dövlətlər öz regionlarında Rusiyanın maraqlarının daşıyıcısına çevrilirlər.
Şoyqunun Myanmaya xüsusi diqqəti antiİslam xarakterli deyil. Rusiya həm çoxmilyonlu müsəlmanın yaşadığı ölkədir, həm də onun üçün İslam ölkələri ilə də əlaqə vacibdir. Şoyqu düşüncə tərzinə görə etatistdir".
Politoloq vurğulayıb ki, Myanmada rohincalara qarşı dövlət siyasətinin mahiyyətində Myanma elitası və mərkəzi hakimiyyətinin bu məsələni özləri üçün təhlükə kimi görməsindədir: " Çünki Myanmada mərkəzi hakimiyyət bir sıra özünü xarici təsirlərdən qoruya bilmir. Şoyqunun hamiliyi ilə özünü inamlı hesab edən Myanma hökuməti yaxın perspektivdə Rohinca müsəlmanlarına vətəndaşlıq verməklə, onları daha asan idarə edə biləcək".
M.Əhmədoğlu digər mövzuya da toxunub, bildirib ki, Dağıstanla iqtisadi əlaqələri gücləndirməkdə İranın tarixə söykənili siyasi maraqlarının olduğunu ehtimal etmək olar:
"Şimali Qafqaz regionu üzrə Kremlin apardığı siyasətin bir qisim nəticələri tədricən üzə çıxır. İlk əvvəl yalnız Çeçenistan beynəlxalq əlaqələrlə məşğul idi. Çeçenistanın başçısı R.Kadırovun qurduğu əlaqələrin böyük əksəriyyəti Ərəb dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanı ilə idi. Belə vəziyyət Çeçenistana ümumilikdə Şimali Qafqaza xüsusi mövqe qazandırırdı. Ehtimal ki, bunun qarşısını almaq üçün Kreml digər iki regionu- İnquşetiya və Dağıstanı da beynəlxalq əlaqələr prizmasından aktuallaşdırdı. İnquşetiya həm Suriya, həm də Səudiyyə Ərəbistanında iş aparmağa başlayıb. Bu faktiki olaraq Çeçenistanın payına şərik olma anlamındadır. İnquşetiyanın Suriyadakı proseslərə qoşulma payının artması çox ehtimal olunandır. Dağıstan isə hələlik yalnız İranla əlaqələrə malikdir. Dağıstandan İrana mal və qoyun əti göndərilməsi işi qurulub. Hər ay 600-700 ton soyudulmuş ətin göndərilməsi işi qurulub. Bu işlər Gizlər ət kombinatında qurulub. Dağıstan respublikasının İrandakı ticarət təmsilçisi Emin Əliyev bu işin perspektivinə inanır: İranda ət çox bahadır. O hal-hazırda dondurulmuş halda Argentina və Braziliyadan gətirilir. İranda sanitar tələblər çox sərtdir. Digər dövlətlərdə belə tələb yoxdur.
E.Əliyevin digər açıqlamasına görə İran Dağıstanda kənd təsərrüfatı məhsullarının emalı müəssisələrini aça bilər. Yaxınlarda Mazandaran, Gülüstan, Şərqi və Qərbi Azərbaycan əyalətləri ilə belə sənədlər imzalanacaq. İnvestisiya İranın olduğu üçün bütün birgə müəssisələr də xalis İrana məxsus olacaqdır.
Ticarət nümayəndəsinin fikrincə, Dağıstan İrandan böyük turist axını gözləyir. Tehranla Mahaçkala arasında aviareysin olmaması bu işi yubadır. Ehtimal ki, Dağıstanla iqtisadi əlaqələri gücləndirməkdə İranın tarixə söykənili siyasi maraqları da var".
1news.az