Bakının bu hissəsində su olmayacaq

Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
1news.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr komitəsindən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 15 fevral tarixində gün ərzində Təbriz küçəsi boyu ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
744