Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub – FOTO

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Müdafiə Nazirliyinin nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
1news.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunan şöbə və bölmələrdəki vəziyyətlə tanış olan nümayəndələr personalın gündəlik iş fəaliyyəti ilə də bağlı məlumatlandırılıb.
Tibbi heyətlə ümumi söhbətindən və gördüklərindən məmnunluğunu ifadə edən F.Həsənov buradakı vəziyyətdən də tam razı qaldığını vurğulayıb.
1news.az
518