Azərbaycan neftinin qiyməti artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti artıb

11:09 - 15 / 02 / 2018
Azərbaycan neftinin qiyməti artıb

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar artaraq 64,95 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,74 dollar bahalaşaraq 61,34 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,01 dollar bahalaşaraq 64,70 dollar olub.

1news.az

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər