Bakıda İtaliya Dizayn Günü keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda İtaliya Dizayn Günü keçiriləcək

13:11 - 16 / 02 / 2018
Bakıda İtaliya Dizayn Günü keçiriləcək

Martın 1-də Bakıda İtaliya Dizayn Günü keçiriləcək. Bu tədbir İtaliyanın qabaqcıl texnologiyalarının təbliğini və müxtəlif sektorlar üzrə İtaliya ilə Azərbaycan arasında  əməkdaşlığın qurulmasını nəzərdə tutur.

1news.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari mətbuat konfransında deyib. O bildirib ki, bu, İtaliya XİN-in təşəbbüsüdür və artıq ikinci dəfədir keçirilir.

Diplomat vurğulayıb ki, İtaliya Dizayn  Günü Bakı ilə yanaşı dünyanın 100 şəhərində qeyd olunacaq.  Bu il keçirilən tədbirin mövzusu  “Dizayn və davamlılıq arasındakı əlaqədir”. Bu mövzu Bakıda 2025-ci il EXPO-nu keçirmək üçün namizədliyini irəli sürmüş Azərbaycan tərəfindən seçilmiş mövzu ilə mükəmməl şəkildə  uyğun gəlir: “İnsan kapitalı”.

Diplomat vurğulayıb ki, İtaliya Dizayn Günü ilə əlaqədar İtaliya Ticarət Agentliyi tərəfindən “United Cultures in Baku” MMC ilə əməkdaşlıq çərçivəsində “Made in İtaly” brendinin təşviqatı, İtaliya  üstünlüklərini, İtaliya yaşam tərzini çatdırmaq məqsədi ilə martın 1-də İtaliya bayramı keçiriləcək. Bu tədbirlə əlaqədar İtaliya hər bir ölkəyə özünün dizayn səfirini göndərəcək. Bakıya məşhur italyan dizayneri Antonio Ariko gələcək.

İtaliya memarlığı və dizaynı üzərində fokuslanan tədbir Bakı Media mərkəzində  və Memarlıq və İnşaat Universitetində baş tutacaq.

Həmçinin, Bakının gələcək dizaynına həsr olunmuş dəyirmi masa keçiriləcək.

Tədbirlərdə dövlət və hökumət qurumlarının nümayəndələri, Azərbaycan və İtaliyanın, digər xarici ölkələrin memarları və dizaynerləri, iki ölkənin  brendlərinin təmsilçiləri, tələbələr iştirak edəcəklər.

P.Sultanova

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər