Qonşu qadınlar arasında dava düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qonşu qadınlar arasında dava düşüb

11:31 - 16 / 02 / 2018
Qonşu qadınlar arasında dava düşüb

Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində iki xanım arasında dava düşüb.

Belə ki, 29 yaşlı Mehriban R. ilə 30 yaşlı qonşusu Gülnarə M. (adlar şərtidir) arasında mübahisə yaranıb. Mübahisə tez bir zamanda davaya çevrilib.

Dava zamanı Mehriban bir neçə dəfə Gülnarəyə yumuqla üzünə vurub. Daha sonra Gülnarə yıxılan Mehribanın saçından tutaraq yerə çırpıb.

Zərərçəkmiş Mehriban kəllə-beyn travması ilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb.

Faktla bağlı Polis bölməsində araşdırmalara başlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər