İtkin düşən alpinistlərlə bağlı son xəbər | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən alpinistlərlə bağlı son xəbər

14:23 - 19 / 02 / 2018
İtkin düşən alpinistlərlə bağlı son xəbər

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam edir.

1news.az xəbər verir ki, bu barədə Sonxeber.az-a “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

“Lakin axtarışların nəticəsi ilə bağlı heç bir məlumat yoxdur”.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Quba rayonda dağlıq ərazidə "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.

Bildirək ki, bir müddət əvvəl Qubada alpinistlərin axtarışlarına qoşulan, xüsusi qurğularla təmin edilən türkiyəli iki mütəxəssis axtarışları dayandırıb.

1news.az

Paylaş:
1068

Son xəbərlər

Bütün xəbərlər