Deputat: Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır

1news Redaksiyası13:57 - 23 / 02 / 2018
Deputat: Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır

Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur.

1news.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir:

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

1news.az 

Paylaş:
720

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər