BANM-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

11:35 - 26 / 02 / 2018
BANM-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Ali Məktəbdən 1news.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra tədbiri öz sözlərilə açan Ali Məktəbin rektoru Elmar Qasımov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. Rektor qeyd edib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırım olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib. E.Qasımov ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu istiqamətdə fəal olub millətin günahsız tökülən qanının yerdə qalmaması üçün bu soyqırımın dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.

Tədbirdə Ali Məktəbin İngilis dili və humanitar fənnlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının bütün tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Fərdin Vətəni və Ramal Nadirov Xocalı soyqırımına həsr olunmuş prezentasiya ilə çıxış ediblər. Gənclər bu dəhşətli soyqırımın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 dinc sakinin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, 130 uşağın isə valideynlərindən birini itirdiyini bildiriblər. Soyqırım günü 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Gənclər bu soyqırımın erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş terror aktı kimi bütün dünyaya tanıdılması üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər və bütün tələbələri bu məqsəd uğrunda birləşməyə çağırıblar.

Xocalı soyqırımının ildönümü münasibətilə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və administrativ kollektivi Xocalı prospektində Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini də ziyarət ediblər.

1news.az

 

Paylaş:
693

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər