Rasim Musabəyov: Armen Sarkisyanın Dağlıq Qarabağla bağlı radikal mövqeyi cəfəngiyyatdır
Ermənistanın hakim partiyasından namizədliyini irəli sürmüş Armen Sarkisyan “Azadlıq” radiosunun erməni bürosuna verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla danışıqların arapılması üçün səlahiyyətlər verilməsini bəyan edib.
Onun sözlərinə görə, məsələ ilə bağlı müəyyənlik yeni hakimiyyət, yeni baş nazir və yeni XİN rəhbəri təyin edildikdən sonra yaranacaq.
A.Sarkisyan bəyan edib ki, İrəvanın Qarabağ problemi ilə bağlı yeni strategiyası var. Həmçinin o, Ermənistanın Qarabağla bağlı siyasətinin dəyişməsinin vacibliyini də qeyd edib. Güzəştlərə getməklə bağlı yeni reallıqlar nəinki Azərbaycanı militarist siyasətdən əl cəkməyə və Ermənistanın təhlükəsizliyini artırmağa, eləcə də Bakının ritorik aressiyası üçün məkanı genişdləndirir.
Həmçinin A.Sarkisyan bu mənada qəribə bəyanat da səsləndirib:
“Ən yaxşı danışıqlar mövqeyi heç nəyi güzəştə getməmək və hər şeyi tələb etmək niyyətindən ibarətdir. Bu, ən möhkəm mövqedir. Bundan sonra nə olacaq digər məsələdir, lakin sən düşünməməlisən ki, mövqeyin zəif deyil”.
Politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, A.Sarkisyan tərəfindən səsləndirilən bəyanatların heç bir əhəmiyyəti yoxdur:
“Ermənistanın hazırki konstitusiyasına görə, Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara heç bir aiddiyatı yoxdur. Buna görə də o, hər şeydən danışa bilər. Həqiqət də isə o, bu məsələdən kəanr adamdır”.
Onun sözlərinə görə, bu cür çıxışlarla Sarkisyan seçkidən öncə xal toplamağa çalışır:
“A.Sarkisyan nəinki Qarabağla bağlı danışıqlardan kənarda qalacaq, hətta heç bir idarəetmə səlayyətnə sahib olmayacaq. Prinsipcə, istənilən hökumət və parlament nəinki ona, məsələ ilə bağlı hər kəsə səlahiyyət verə bilər”.
Armen Sarkisyan
“Sarkisyanın Qarabağ danışıqlarında ən yüksək mövqeyə sahib olmaq istəyinə gəlincə, necə deyələr, istəmək pis deyil. Əlbəttə ki, istənilən iddianı irəli sürmək olar. Lakin bu iddialar hüquqi əsasa söykənməlidir. Bu cür danışıqlar mövqenin uğursuzluğunu, Ermənistanı isə beynəlxalq aləmdə zəifliyini göstərir. Çünki Azərbaycanı nə Ermənistan, nə də Qarabağdakı qoşunlar saxlamır. Azərbaycanın Rusiya və digər güclü dövlətlərin reaksiyası, onların danışıqlar prosesini irəlilətməsilə bağlı təkidləri saxlayır”.
Ermənistan üçün əlavə ağırlaşdırıcı amil kimi R.Musabəyov 1993-cü ildən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsnin İrəvan tərəfindən hələ də məhəl qoyulmamasını xatırladıb:
“Beləliklə, uzun illər səfir vəzifəsində çalışmış bir insanın beynəlxalq hüququn nə olduğunu, nəyi tələb etmək, nəyisə etməməyi bilməməsi, sadəcə olaraq ermənilər üçün biabrıçılıqdır. Utandırıcı haldır ki, onlar bu şəxsi prezdent olaraq seçirlər”.
Deputat qeyd edib ki, A.Sarkisyanın sözlərindən belə çıxır ki, sanki Ermənistan əvvəllər konstruktivizm nümayiş etdirirdi, indi isə daha sərt mövqe nümayiş etdirir:
“Ola bilsin ki, burada Serj Sarkisyanın Dağlıq Qarabağa bitişik yeddi rayonun Azərbaycana qaytarılmasına hazırlığı, bunun müqabilində isə Dağlıq Qarabağ separatizminin Bakı tərəfindən qanuniləşdirilməsi, üstəlik “dəhliz” bəhanəsi ilə Kəlbəcələ Laçının ələ keçirilməsilə bağlı fikirləri nəzərdə tutulur. Görünür, Sarkisyana elə gəlir ki, bu konstruktivizmin nümayiş etdirilməsi İrəvan tərəfindən güzəştlərə hazırlıqdır. Lakin Ermənistanın bu “güzəşti2 Azərbaycana baha başa gələr. Belə ki, bu, Azərbaycanın qədim toprağı – Dağlıq Qarabağım erməni yuridiksiyasına keçməsinin qanuniləşdirilməsidir ki, bundan da söhbət gedə bilməz”.
Tərcümə: S.Xankişiyeva