Səfir ADU-da Meksika haqqında təqdimat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfir ADU-da Meksika haqqında təqdimat edib

16:27 - 28 / 02 / 2018
Səfir ADU-da Meksika haqqında təqdimat edib

Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini bu Latın Amerikası ölkəsinə həsr olunan və ADU-da baş tutan konfransa sədrlik edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, tədbirin məqsədi Meksika, ölkənin müxtəlif sektorlar üzrə son illərdə əldə etdiyi nailiyyətləri, onun dünya arenasında hazırkı mövqeyi və bəzi gələcək məqsədləri haqqında daha ətraflı məlumat vermək idi.

Öz çıxışında səfir Labardini ölkəsinin daxili və xarici siyasətində əhəmiyyətli faktları qeyd etdi, iqtisadi inkişaf və onun sosial sektora müsbət təsirinə toxundu. Diqqətə çatdırdı ki, bügün Meksika düz ekranlı televizorlar və ikiqapılı soyuducuların birinci, mobil telefonların isə üçüncü istehsalçısıdır. Bundan əlavə, qeyd etdi ki, il boyu Meksikada dünyanın tanınmış 19 markası altında 4 milyon avtomobil istehsal olunur.

Səfir Labardini 2018-ci ilin ölkəsi üçün vacib il olduğunu vurğuladı, belə ki, iyul ayının 1-də prezident seçkiləri baş tutacaq. Həmin gün vətəndaşlar həmçinin yerli icra hakimiyyəti nümayəndələrini, eyni zamanda, Meksika Respublikasının tərkibində olan 32 ştatdan 30-da müvafiq millət vəkillərini seçə biləcəklər.

Əksəriyyəti bu universitetin tələbələri olan iştirakçılarda konfrans böyük həvəs oyatdı. Onlar öz suallarını diplomata yönləndirib, Meksikada ali təhsil pillələri imkanlarına dair maraq göstərdilər. Səfir Labardini məlumat verdi ki, hər iki ölkə gənclər üçün yeni yolların açılması məqsədilə təhsil sahəsində əlaqələri və hüquqi bazanı gücləndirməkdə davam edir.

P.Sultanova

Paylaş:
1016

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər