Məktəblərimizdə erməni bayrağının təbliği - Nazirlik işə qarışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərimizdə erməni bayrağının təbliği - Nazirlik işə qarışdı

17:50 - 28 / 02 / 2018
Məktəblərimizdə erməni bayrağının təbliği - Nazirlik işə qarışdı

Dünən yerli mətbuatda 1-ci sinif riyaziyyat kitabının 13-cü tapşırığında istifadə edilən rənglərlə şagirdlərin beynində Ermənistan bayrağı haqda təəssürat yardılması haqda məlumat yayımlanıb.

Bu barədə valideyn özü məlumat vermişdi. Bildirib ki, bu gün uşağına dərslərini hazırlamaqda köməklik göstərərkən 13-cü çalışma onun diqqətini cəlb edib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adı çəkilən dərslikdə belə tapşırıq mövcud deyil:

“Riyaziyyat kitabının 13-cü tapşırığında istifadə edilən rənglərlə bağlı yayılan məlumatlar barədə bildiririk ki, Təhsil Nazirliyinin qrifini almış dərsliklərdə, o cümlədən 1-ci sinif “Riyaziyyat” dərsliyində belə tapşırıq mövcud deyil. Dövlət ümumtəhsil məktəblərinin şagirdləri üçün tərtib edilən və Təhsil Nazirliyinin qrifini almış dərsliklər dövlət tərəfindən şagirdlərə paylanılıb.

Həmin dərsliklərin elektron variantları www.trims.edu.az saytının “Qrifli dərsliklər” bölməsində yerləşdirilib. İstənilən vətəndaş dərsliklərin məzmunu ilə bağlı yayılan məlumatların nə dərəcədə doğru olduğunu saytdakı dərsliklərin məzmunu ilə tanış olaraq da müəyyənləşdirə bilər”- deyə, məlumatda vurğulanıb.

1news.az

Paylaş:
973

Son xəbərlər

“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - FOTOBu gün, 09:58“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10
Bütün xəbərlər