Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyənləşir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyənləşir

19:01 - 28 / 02 / 2018
Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyənləşir

Ölkə Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması nəzərdə tutulub.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nizamnaməsi və strukturu hazırlanmaqda olan İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində normativ-texniki aktların layihələrini hazırlayacaq, qida məhsullarına dair beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.

Dünya praktikaslnda: Avropa ölkələrində, Amerikada həm dövlət səviyyəsində, həm də müstəqil olaraq anoloji institutlar mövcuddur. Qida sahəsində xüsusilə elmi araşdırmaların aparılmasında bu institutların çox böyük əhəmiyyəti var. Beynəlxalq təcrübədən məlum olduğu kimi, belə institutların tədqiqatlarının mərkəzində, hər hansı qida məhsullarının insan orqanizminə təsiri üzrə çoxillik araşdırmalardan tutmuş, qablaşdırmalar, qida əlavələri, müxtəlif məhsulların inqrediyentlərinədək qida təhlükəsizliyinin bütün aspektlərinin öyrənilməsi durur, təcrübələr qoyulur, alınan nəticələr növbəti mərhələlərdə standart və tələblərin yaradılması üçün əsas və istinad rolu oynayır. Eləcə də təhlükəli qida məhsullarının insan orqanizmində yarada biləcəyi xəstəliklər, risklər öyrənilir, onların dərəcələri barədə məlumatlar verilir.

1news.az

Paylaş:
1143

Son xəbərlər

“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilibBu gün, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıbBu gün, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!Bu gün, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdiBu gün, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndiBu gün, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıbBu gün, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVABu gün, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıbBu gün, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEOBu gün, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilibBu gün, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıbBu gün, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilibBu gün, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİBBu gün, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23
Bütün xəbərlər