Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

10:20 - 01 / 03 / 2018
Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləğini açıqlayıb.

1news.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fondun manat hesabına toplanmış vəsaitin məbləği mart ayının 1-nə 89.031.572,82 manat təşkil edib.

Bundan başqa Fonda 213.073,88 ABŞ dolları, 10436 avro və 5000 rubl məbləğində vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.

Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Onu da bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri ilə Müdafiə Nazirliyinin saytında tanış ola bilərsiniz.

Babək Cahandarov

Paylaş:
248

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər