Əməkhaqqı artımı 240 min müəllimə şamil ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməkhaqqı artımı 240 min müəllimə şamil ediləcək

12:10 - 01 / 03 / 2018
Əməkhaqqı artımı 240 min müəllimə şamil ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncamı orta hesabla 240 min təhsil  işçisinə şamil edilir.

1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. 

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən,  diaqnostik qiymətləndirilmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.

1news.az

Paylaş:
691

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər