Güc qurumlarının rəsmiləri yanğın baş verən Narkoloji Mərkəzə gəldilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Güc qurumlarının rəsmiləri yanğın baş verən Narkoloji Mərkəzə gəldilər

1news Redaksiyası10:17 - 02 / 03 / 2018
Güc qurumlarının rəsmiləri yanğın baş verən Narkoloji Mərkəzə gəldilər

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı hadisə yerinə gəlib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə yerinə, həmçinin Baş prokurorun müavini Rüstəm Usubov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov gəlib.

Hazırda hadisə yerinə baxış keçirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib və yanğın söndürülüb.

Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

S.Xankişiyeva

 

Paylaş:
910

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər