Bakı milyonçusu tərəfindən tikilən məktəbin 100 illik yubileyi qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı milyonçusu tərəfindən tikilən məktəbin 100 illik yubileyi qeyd olunub – FOTO

11:19 - 02 / 03 / 2018
Bakı milyonçusu tərəfindən tikilən məktəbin 100 illik yubileyi qeyd olunub – FOTO

Bakı şəhəri şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

1news.az-a BŞTİ-dən verilən məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkili Şəmsəddin Hacıyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) Səbail rayon təşkilatının sədri Mükafat Abbasov, BŞTİ-nin struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, məktəbin adını daşıyan şəhidin ailə üzvləri, müəllimlər, valideynlər, şagirdlər, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

“Bir əsrin xatirəsi” adlı tədbir məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefinin açılışı ilə başlayıb.

Açılışda şəhidin atası Allahverdi Əliyev oğlunun adını daşıyan təhsil müəssisəsinin 100 ildir ki, uğurla fəaliyyət göstərməsindən böyük qürur hissi keçirdiyini bildirib.

Dövlət himninin səsləndirilməsindən sonra 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova tədbiri giriş sözü ilə açaraq, qonaqlara 100 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan və bu müddət ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb. Direktor qeyd edib ki, 162 nömrəli tam orta məktəb 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən yaradılmış qız məktəbi kimi məşhur olub.

O, məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.

Sonra məktəbin tarixindən, uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

M.Vəliyeva Cümhuriyyətimizin yaşıdı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini bildirib. İdarə müdiri qeyd edib ki, paytaxtın təhsil həyatında özünəməxsus ənənələrilə fərqlənən məktəbin tədris nailiyyətləri son illərdə xüsusilə yaxşılaşıb, məzunların ali məktəblərə qəbul göstəriciləri xeyli yüksəlib. Bütün bunlar onu deməyə əsas verir ki, 100 yaşlı tədris ocağı öz həyatının ikinci yüzilliyinə ciddi uğurlarla qədəm qoyur.

Daha sonra BŞTİ-nin müdiri Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunmasını vurğulayaraq, təhsil sahəsində aparılan islahatlardan və əldə olunan uğurlardan bəhs edib.

Tədbirdə iştirak edən millət vəkili Şəmsəddin Hacıyev son illərdə paytaxtın ümumi təhsil müəssisələrində tətbiq olunan yeniliklərdən, təhsil sahəsində aparılan islahatlardan və perspektiv məsələlərdən bəhs edib.

Tədbirdə şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ATİAHİ Səbail rayon təşkilatı tərəfindən məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə səmərəli fəaliyyətlərinə görə fəxri fərman və hədiyyələr təqdim olunub.

S.Xankişiyeva

Paylaş:
1149

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər