Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb

17:16 - 03 / 03 / 2018
Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb

Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılarkən o, idarə etdiyi avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzmiş, habelə bıçaqla onlara müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Həzili polis əməkdaşları tərəfindən saxlanılıb, ondan 1 ədəd tapança, idarə etdiyi avtomobildən isə 3 ədəd bıçaq və 2,501 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

S.Xankişiyeva

Paylaş:
636

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər