Bu marşrutların dayanacaqları dəyişdirilib – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu marşrutların dayanacaqları dəyişdirilib – SİYAHI

1news Redaksiyası19:35 - 03 / 03 / 2018
Bu marşrutların dayanacaqları dəyişdirilib – SİYAHI

Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq  2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib.

1news.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik 05.03.2018 tarixindən tətbiq ediləcək. Dəyişikliyə əsasən, qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
833

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər