Kirayə qaldığı evin bütün əşyalarını satıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kirayə qaldığı evin bütün əşyalarını satıb

16:36 - 04 / 03 / 2018
Kirayə qaldığı evin bütün əşyalarını satıb

Bakı sakini kirayə verdiyi evdən oğurluq edilməsi ilə bağlı polisə müraciət edib.

1news.az-ın Lent.az-a istinadla verdiyi xəbərə görə, 65 yaşlı Röya Kərimova polisə bildirib ki, bir müddət əvvəl Cəlilabad rayonundan olan Mehriban Mustafayevaya kirayə ev verib.

Daha sonra evə gələn sahibi oradakı əşyaların kirayənişin tərəfindən satıldığını müəyyən edib. Şikayətçi ümumilikdə 5480 manatlıq əşyanın satıldığını qeyd edib.

Araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər