Azərbaycanlı polis əməkdaşı ailəsi ilə birgə Almaniyadan çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı polis əməkdaşı ailəsi ilə birgə Almaniyadan çıxarıldı

19:41 - 04 / 03 / 2018
Azərbaycanlı polis əməkdaşı ailəsi ilə birgə Almaniyadan çıxarıldı

Azərbaycan polisinin keçmiş əməkdaşı Səid Camalov Almaniyadan xaric edilib.

1news.az-ın lent.az-a istinadla verdiyi xəbərə görə, Zelb şəhərinin polisi gecə yarısı 33 yaşlı Səidin, həyat yoldaşı Mətanətin və dörd uşaqlarının yaşadıqları evə hücum edib. Azərbaycanlıları ən zəruri əşyalarını təcili şəkildə toplamağa məcbur edərək Münhen şəhərinin hava limanına aparıblar. Qaçqınlara Yardım Assosiasiyasında hüquq-mühafizə orqanlarıının bu cür hərəkətlərindən heyrətə gəliblər.

Mənbəyə görə, Səid Camalov Azərbaycanda polis əməkdaşı olub. Rəhbərliklə mübahisədən sonra işdən uzaqlaşdırılıb. Sonradan çörək pulunu ekskavator sürməklə qazanıb. Lakin bu işdən məmnun olmayıb, Avropaya üz tutub.

İlk olaraq Qərbə Səidin 39 yaşlı həyat yoldaşı – tibb bacısı işləyən Mətanət yollanıb. 2011-ci ildə o, uşaqları Elçinlə Ayanı götürərək Fransaya köçüb.

Camalov 3 ildən sonra onların dalınca gedib. 2014-cü ildə ailə Almaniyanın Tsirndorf şəhərində yenidən qovuşub, daha sonra isə Zelb şəhərinə göndərilib. Burada onların daha iki uşağı anadan olub – Nur və Mert.

Qaçqınlara Yardım Assosiasiyası ailəni himayəsi altəna alıb və indi onlar çox həyəcanlıdırlar. “Bəli, onlara sığınacaq verilməsindən imtina ediblər, lakin ölkədə yaşamaq haqları vardı və buna görə də, daha tolerant qərara ümidli idilər, - Assosiasiyanın əməkdaşı Hella Felker deyir. – Səid Camalov və həyat yoldaşı, şübhəsiz ki, cinayətkar deyildilər və onlar təhlükə törətmirdilər. Əksinə, özləri və uşaqlaerı alman cəmiyyətinə inteqrasiya olunmağı çox istəyirdilər”.

Yuxarı Frankoniya torpağının Əcnəbilərlə iş üzrə Mərkəzi İdarəsindən verilən məlumata görə, azərbaycanlı ailənoin sığınacaq üçün müraciətinə rədd cavabı verildikdən sonra onlara Almaniyanı könüllü şəkildə tərk etmək imkanı yaradılıb. Lakin müəyyən edilmiş müddətdə onlar ölkəni tərk etməyiblər və deportasiya olunublar. “Onları gecə vaxtı narahat etmələrinin səbəbi isə odur ki, ailə təyyarə reysinə çatmalı idi”, - idarədən izah olunub.

S.Xankişiyeva

 

 

 

Paylaş:
640

Son xəbərlər

Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47
Bütün xəbərlər