Ölkəyə idxal olunan 6342 dərman vasitəsində uyğunsuzluqlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkəyə idxal olunan 6342 dərman vasitəsində uyğunsuzluqlar aşkarlanıb

20:31 - 05 / 03 / 2018
Ölkəyə idxal olunan 6342 dərman vasitəsində uyğunsuzluqlar aşkarlanıb

Tarif Şurası tərəfindən 11 minə yaxın dərman vasitəsinin qiyməti tənzimlənib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə illik hesabatında əks olunub.

Məlum olub ki, il ərzində 852 dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 846 dərman vasitəsi yenidən qeydiyyat proseduruna qəbul edilib.

Keyfiyyətsiz, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə aparılan müayinələr nəticəsində hesabat ili ərzində idxalı üçün müraciət olunmuş 28 411 seriya dərman vasitəsindən 6342-də müəyyən uyğunsuzluqlar aşkar olunub.

1news.az

Paylaş:
533

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər