Dosso Dossi türk top modellərlə Bakida şou göstərdi - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Dosso Dossi türk top modellərlə Bakida şou göstərdi - FOTO

11:00 - 06 / 03 / 2018
Dosso Dossi türk top modellərlə Bakida şou göstərdi - FOTO

Dünya səviyyəli məşhur top modellərin iştirakı ilə Türkiyənin ən böyük moda tədbirinə imza atan Dosso Dossi Fashion Show ölkə xaricindəki ilk fəaliyyətini qardaş ölkə Azərbaycanda həyata keçirdi.

Bu dəfə Türkiyənin ən məşhur manekenlərini heyətinə daxil edən Dosso Dossi Fashion Show Bakıda türk fırtınası qopartdı.

Aralarında Çağla Şıkel, Özge Ulusoy, Wilma Elles, Şebnem Schaefer, Günay Museyeva, Merve Büyüksaraç, Tuba Melis Türk və Ege Begüm Yücetanın da olduğu manekenlər Azerbaycanın ən böyük sərgi mərkəzi olan EXPO Centerdə podyuma çıxdı.  Xoreoqrafiyasını  Öner Evezin hazırladığı dəfilədə türk dizaynerlərinin  2018 –ci il üzrə yaz-yay kolleksiyası nümayiş etdirildi. Azərbaycanla yanaşı ətraf ölkələrdən və Türkiyədən gələn qonaqlar dəfiləni böyük maraqla izlədi.

Dəfilənin ardınca manekenlərlə birlikdə mətbuat konfransı təşkil edən Dosso Dossi Holding şirkətinin icraçı direktoru Hikmet Eraslan ölkə xaricindəki ilk moda şousunu qardaş Azərbaycanda həyata keçirdikləri üçün çox xoşbəxt olduqlarını bildirdi.

Hikmet Eraslan deyib: “Dosso Dossiyə xas dəfilə və konsertlər ilə Bakıda festival abu-havası yaratmışıq. Türk və Azərbaycan xalqları arasında bir çox ortaq cəhət var. Özümüzü evimizdəki kimi hiss edirik. “Bir millət, iki dövlət” devizi ilə Türkiyə ilə güclü əlaqələri olan Azərbaycanın modayla da xatırlanması üçün öz borcumuzu yerinə yetiririk. 1-3 mart tarixlərində Azərbaycanın beynəlxalq ən böyük moda tədbirini həyata keçirdik. İlk şoumuzdan sonra daha da böyük tədbirlərlə Azərbaycanda olmağı arzu edirik”.

Dəfiləyə qatılan türk modelləri isə qardaş ölkə Azərbaycanda olduqları üçün çox xoşbəxt olduqlarını qeyd etdilər. İlk dəfə Bakıya gəldiyini bildirən Çağla Şıkel “çox gözəl bir təşkilatçılıqdır. Ata tərəfim azərbaycanlıdır. Buradakı danışıqları eşitdiyim zaman həmişə nənəm yadıma düşür”,  deyə bildirib. 

Özge Ulusoy isə vurğulayıb: “Belə bir gözəl tədbirdə sevdiyimiz dostlarımızla birlikdəyik. Bakı çox gözəl bir yerdir. Bizi çox sevirlər. Biz də onları çox sevirik”. 

Dosso Dossi Fashion Show coşqusu moda şousu başa çatdıqdan sonra da gecə davam etdi. Bakının tanınmış əyləncə mərkəzi Enerji Club-da baş tutan əyləncə tədbirində həqiqi mənada musiqi ziyafəti verildi. Azərbaycanın məşhur müğənnisi Röya və Soso Pavliaşvilinin birlikdə konsert verdiyi əyləncə tədbiri rəngli görüntülərə səhnə oldu.

Reklam hüququnda

Paylaş:
1031

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər