Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir

12:40 - 07 / 03 / 2018
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Ordusunun nümayəndələri bir neçə beynəlxalq tədbirlərdə iştirak edirlər.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun nümayəndələri Belqrad şəhərində (Serbiya Respublikası) “REGEX-18” komanda qərargah təliminin, Ərzurum şəhərində (Türkiyə Respublikası) Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminin, Kastelqeyt şəhərində (AFR) “Trident Jaguar 2018” və Ramştayn şəhərində (AFR) “Ramstein Ambition 2018” təlimlərinin planlaşdırma konfransları, eləcə də İzmir şəhərində (Türkiyə Respublikası) hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kursunda iştirak edirlər.

S.Xankişiyeva

 

Paylaş:
606

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər