Dövlət orqanlarında 334 vakant vəzifə üçün müsabiqənin müsahibə mərhələsini elan edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət orqanlarında 334 vakant vəzifə üçün müsabiqənin müsahibə mərhələsini elan edilib

13:58 - 08 / 03 / 2018
Dövlət orqanlarında 334 vakant vəzifə üçün müsabiqənin müsahibə mərhələsini elan edilib

Dövlət İmtahan Mərkəzi  (DİM) 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 334 vakant icraçı vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 334 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

1news.az-ın DİM-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 07 aprel 2018-ci il saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir: 

- struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

- vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

  1. Prezidenti yanında Ali Attestasiya Komissiyası (5 vəzifə üzrə 6 yer)
  2. Kənd Təsərrüfatı Nazirliyi (34 vəzifə üzrə 42 yer)
  3. Mədəniyyət və Turizm Nazirliyi (22 vəzifə üzrə 22 yer)
  4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (1 vəzifə üzrə 1 yer)
  5. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (26 vəzifə üzrə 39 yer)
  6. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (20 vəzifə üzrə 22 yer)
  7. Əmlak Məsələləri Dövlət Komitəsi (88 vəzifə üzrə 104 yer)
  8. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (13 vəzifə üzrə 14 yer)
  9. Dövlət Statistika Komitəsi (22 vəzifə üzrə 30 yer)
  10. Milli Televiziya və Radio Şurası (1 vəzifə üzrə 1 yer)
  11. Gəncə Apellyasiya Məhkəməsi (2 vəzifə üzrə 3 yer)
  12. Şəki Apellyasiya Məhkəməsi (3 vəzifə üzrə 11 yer)
  13. Şirvan İnzibati-İqtisadi Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
  14. Şəki İnzibati-İqtisadi Məhkəməsi (2 vəzifə üzrə 5 yer)
  15. Gəncə Hərbi Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
  16. Ağdaş Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)
  17. Ağstafa Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)
  18. Biləsuvar Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
  19. Cəlilabad Rayon Məhkəməsi (4 vəzifə üzrə 6 yer)
  20. Göyçay Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
  21. Laçın Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)
  22. Lənkəran Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)
  23. Qazax Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)
  24. Qusar Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)
  25. Saatlı Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
  26. Salyan Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
  27. Xaçmaz Rayon Məhkəməsi (2 vəzifə üzrə 4 yer)

1news.az

Paylaş:
641

Son xəbərlər

Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Prezident İlham Əliyev Zəfər parkında olub - FOTOBu gün, 10:14Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıbBu gün, 09:1327 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötürBu gün, 09:11Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00
Bütün xəbərlər