Mehriban Əliyeva Yaponiya baş nazirinin müşaviri ilə görüşüb – FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva Yaponiya baş nazirinin müşaviri ilə görüşüb – FOTO - YENİLƏNİB

14:23 - 09 / 03 / 2018
Mehriban Əliyeva Yaponiya baş nazirinin müşaviri ilə görüşüb – FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 9-da Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.

Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir.

Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Keçən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini deyən Birinci vitse-prezident ölkələrimiz arasında bütün sahələrdə dostluq və qarşılıqlı marağa əsaslanan əməkdaşlığın mövcud olduğunu vurğuladı. Azərbaycanın və Yaponiyanın iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığı uğurla inkişaf etdirdiklərini bildirən Mehriban Əliyeva bu sahələrdə böyük potensialın olduğunu dedi, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.

Energetika sahəsində çox uğurlu əməkdaşlıq aparıldığını deyən Mehriban Əliyeva Yaponiyanın iki böyük şirkətinin - “IMPEX” və “ITOCHU” şirkətlərinin uzun illərdir ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini və “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində fəal iştirak etdiyini vurğuladı. Azərbaycanın Birinci vitse-prezidenti bildirdi ki, dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından birinə malik olan Yaponiyanın informasiya, inşaat texnologiyaları və nəqliyyat sahələrindəki təcrübəsi böyük maraq doğurur.

Mehriban Əliyeva siyasi, iqtisadi sahələrdə uğurlu əməkdaşlıq əlaqələrini vurğulayaraq humanitar sahədə münasibətlərin daha da genişləndirilməsinin vacibliyini bildirdi, xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün bu sahənin əhəmiyyətini qeyd etdi. “Mədəniyyət sahəsində daha sıx əməkdaşlıq əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcək”, - deyən Birinci vitse-prezident qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətindən danışdı. Turizmin inkişafının ölkəmiz üçün prioritet olduğunu deyən Mehriban Əliyeva bildirdi ki, Azərbaycan yeni istiqamət kimi Yaponiya turistləri üçün də maraqlı ola bilər. Təhsil sahəsində əməkdaşlıqdan danışan Mehriban Əliyeva Yaponiyanın ali məktəblərində 20 azərbaycanlı tələbənin oxuduğunu, Azərbaycanın ADA və Yaponiyanın Osaka universitetləri arasında Anlaşma Memorandumunun imzalandığını bu sahədə uğurlu əməkdaşlıq kimi dəyərləndirdi.

Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. O, Yaponiya üçün Azərbaycanla münasibətlərin önəmli olduğunu qeyd etdi. Son illərdə ölkələrimiz arasında geniş əməkdaşlığın qurulduğunu və bu əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən qonaq energetika sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğuladı. Tomohiko Taniguçi ölkəmizə səfəri zamanı Azərbaycan haqqında bir çox məlumatlar əldə etdiyini də diqqətə çatdırdı.

S.Xankişiyeva

                                                                                                                                              

Paylaş:
647

Son xəbərlər

Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Prezident İlham Əliyev Zəfər parkında olub - FOTOBu gün, 10:14Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıbBu gün, 09:1327 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötürBu gün, 09:11Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00
Bütün xəbərlər