AMEA əməkdaşları üçün salınacaq yaşayış kompleksinin təməli qoyulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA əməkdaşları üçün salınacaq yaşayış kompleksinin təməli qoyulub - FOTO

15:21 - 09 / 03 / 2018
AMEA əməkdaşları üçün salınacaq yaşayış kompleksinin təməli qoyulub - FOTO

Martın 9-da Abşeron rayonunun Saray qəsəbəsində AMEA əməkdaşları üçün salınacaq “Alimlər şəhərciyi” (Science City) yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

1news.az
xəbər verir ki, mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək son illər rəhbərlik etdiyi qurumda əməkdaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, akademiya tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. Əlavə edib ki, əməkdaşların sosial problemlərinin həlli ilə bağlı işlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılacaq.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edən akademik Akif Əlizadə əhalinin sosial rifahının yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb. Qeyd edib ki, akademiya tarixində mühüm hadisə olan “Alimlər şəhərciyi”nin inşası da bu istiqamətdə atılan məqsədyönlü addımlardan biridir.

AMEA-da həyata keçirilən gənclər siyasətindən söz açan akademik A.Əlizadə bu qurumda təşkil olunan magistratura pilləsinin gənc kadrların elmə cəlb olunması istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyib. Alim gənclərin sosial problemlərinin həlli ilə də bağlı hər zaman lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək yeni kompleksin tikilməsinin Abşeron sakinləri üçün böyük tarixi əhəmiyyətə malik olduğunu deyib. İ.Gülməmmədova “Science City” yaşayış kompleksinin ekoloji təmiz havası olan ərazidə yerləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, burada müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Təhsil nazirinin müavini Firudin Qurbanov elm şəhərçiyinin təməlinin qoyulmasını mühüm tarixi hadisə kimi qiymətləndirərək, bu layihəyə təhsil işçilərinin də qoşulmasının məqsədəuyğun olduğunu vurğulayıb. 

Sonra akademik Akif Əlizadə rəmzi lenti kəsərək “Science City” yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.

Nəzərinizə çatdıraq ki, 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində, ümumilikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. İlk binanın inşasının isə 2 ilə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən “Science City” yaşayış kompleksinin həyəti və ətrafında böyük parkların salınması, 1, 2 və 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

1news.az

Paylaş:
569

Son xəbərlər

Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Prezident İlham Əliyev Zəfər parkında olub - FOTOBu gün, 10:14Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıbBu gün, 09:1327 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötürBu gün, 09:11Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56
Bütün xəbərlər