Baş prokuror Ağcəbədidə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror Ağcəbədidə vətəndaşları qəbul edəcək

17:56 - 09 / 03 / 2018
Baş prokuror Ağcəbədidə vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov martın 16-da Ağcəbədi rayon prokurorluğunun inzibati binasında Ağcəbədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd  rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, saat 10:00-da başlayacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcəbədi şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
1069

Son xəbərlər

Bütün xəbərlər