MTRŞ “Real” TV-nin peyk yayımına başlayacağı vaxtı açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MTRŞ “Real” TV-nin peyk yayımına başlayacağı vaxtı açıqlayıb

20:23 - 09 / 03 / 2018
MTRŞ “Real” TV-nin peyk yayımına başlayacağı vaxtı açıqlayıb

“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

“Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər