Paris-Sorbon Abu Dabi Universitetindəki beynəlxalq festivalda Azərbaycan da təmsil olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paris-Sorbon Abu Dabi Universitetindəki beynəlxalq festivalda Azərbaycan da təmsil olunub - FOTO

11:39 - 09 / 03 / 2018
Paris-Sorbon Abu Dabi Universitetindəki beynəlxalq festivalda Azərbaycan da təmsil olunub - FOTO

Dünyanın aparıcı ali təhsil ocaqları arasında nüfuzlu yer tutan Paris-Sorbon Abu Dabi Universtitetinin ənənəvi olaraq hər il keçirdiyi beynəlxalq mədəniyyət günü bu il beynəlxalq qadınlar gününə həsr olunub.

1news.az-a ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, universitetdə 40-dan çox ölkənin təmsilçiliyi ilə keçirilmiş tədbirdə Azərbaycanın incəsənəti, milli paltarları və rəqsləri, həmçinin zəngin mətbəximizin ləziz nümunələri nümayiş etdirilib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin xanımı Ülviyyə Şikarova və səfir müavini Leyla Süleymanovanın təşkilatçılığı ilə tədbirdə Azərbaycanın iştirakı çərçivəsində qurulmuş stenddə ölkəmizə dair müxtəlif çap materialları, musiqi və incəsənət nümunələri yerləşdirilib.

Kulinariya bölümündə Azərbaycan masasında nümayiş etdirilən plov, dolma, şəkərbura, paxlava, qoğal, həmçinin, Azərsun şirkətinin mürəbbə və içkiləri, Xurcun şirkətinin qoz-fındıq və çərəzləri iştirakçılara ikram edilib, tədbirin milli paltarlar və rəqslər hissəsində universitetdə təhsil alan Azərbaycanlı tələbələr Məryəm Bağırova, Tomris İsmayılzadə, İranə Hüseynova, həmçinin, BƏƏ-də yaşayan soydaşımız Nəsrin Elnurqızının ifasında Azərbaycan milli paltarları və rəqsləri nümayiş etdirilib.

Rəqslərin nümayişi zamanı səhnədə quraşdırılmış böyük ekranda Bakı və Azərbaycanın görməli yerləri, ölkəmizdə keçirilən böyük tədbirlər və s. kimi cəlbedici görüntüləri əhatə edən videoçarx təqdim olunub. Azərbaycan stendində, həmçinin torpaqrlarımızın Ermənistan tərəfindən işğalı, bunun nəticəsində bir milyondan çox insanın qaçqın və köçgün düşməsi, Azərbaycanın təbiət və mədəniyyətinə dəyən zərər, iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatlar da yerləşdirilib.

BƏƏ-də akkreditasiya olan bir sıra ölkələrin səfirləri ilə birgə mədəni proqramları izləyən universitetinin rektoru Erik Fuaşe Azərbaycan səfirliyinə və tələbələrinə ayrıca minnətdarlıq ifadə etmiş, universitetin mədəni və sosial həyatında Azərbaycanlı tələbələrin fəal iştirakından çox məmnun qaldığını bildirib.

1news.az

Paylaş:
779

Son xəbərlər

Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Prezident İlham Əliyev Zəfər parkında olub - FOTOBu gün, 10:14Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıbBu gün, 09:1327 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötürBu gün, 09:11Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00
Bütün xəbərlər