Şahdağda qar örtüyünün hündürlüyü 38 santimetrə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahdağda qar örtüyünün hündürlüyü 38 santimetrə çatıb

14:05 - 10 / 03 / 2018
Şahdağda qar örtüyünün hündürlüyü 38 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi martın 9-u gündüzdən 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

1news.az-a Departamentdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 millimetr olub.

Qar örtüyünün hündürlüyü Şahdağda (Qusar) 38, Qırızda 12, Xınalıqda (Quba) 4, Rvarudda 3, Kəlvəzdə (Lerik) 2 santimetr təşkil edib.

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

S.Xankişiyeva

 

Paylaş:
819

Son xəbərlər

Bütün xəbərlər