Məzahir Pənahov: Prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq müşahidəçi qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məzahir Pənahov: Prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq müşahidəçi qeydə alınıb

15:15 - 10 / 03 / 2018
Məzahir Pənahov: Prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq müşahidəçi qeydə alınıb

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq müşahidəçi qeydə alınıb.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.

M.Pənahov bildirib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçinin düşməsi deməkdir.

MSK sədri əlavə edib ki, indiyə qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.

S.Xankişiyeva

 

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər