Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb

1news Redaksiyası17:13 - 10 / 03 / 2018
Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi martın 10-da paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

1news.az-a İdarədən verilən xəbərə görə, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000-dək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

S.Xankişiyeva

 

Paylaş:
518

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər