Qazaxda göldə iki balıqçı batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda göldə iki balıqçı batıb

1news Redaksiyası12:29 - 11 / 03 / 2018
Qazaxda göldə iki balıqçı batıb

Fövqəladə Hallar Nazirliyi Qazaxda göldə batan balıqçılar barədə məlumat yayıb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

S.Xankişiyeva

Paylaş:
735

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər