Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək

1news Redaksiyası16:22 - 12 / 03 / 2018
Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 15-də Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında vətəndaşların qəbulunu keçirəcək.

1news.az-ın məlumatına görə, saat 11:00-da başlayacaq qəbulda Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

1news.az

Paylaş:
848

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər