Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

11:48 - 12 / 03 / 2018
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

1news.az-ın məlumatına görə, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Qeyd edək ki, təlimlər martın 17-dək davam edəcək.

Babək Cahandarov

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər