Bakıda avtomobilin yanması böyük tıxacın yaranmasına səbəb olub - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobilin yanması böyük tıxacın yaranmasına səbəb olub - VİDEO - YENİLƏNİB

20:47 - 13 / 03 / 2018
Bakıda avtomobilin yanması böyük tıxacın yaranmasına səbəb olub - VİDEO - YENİLƏNİB

Bakıda avtomobilin yanması böyük tıxac yaradıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib. Bu səbəbdən də metronun "Koroğlu" stansiyasından hava limanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

20:27

Hazırda “Koroğlu” metrosundan hava limanı istiqamətində minik avtomobil yanır.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, alov qısa zamanda bütün maşını bürüyüb.

Əraziyə hələ Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlməyib.

Yanğın zamanı ölən və yaralanan olması barədə məlumat yoxdur.

1news.az

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər